Laçın kanat yolu layihəsinin inşası davam etdirilir
23 Aprel, 2026
Laçın şəhərində inşa olunan
kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam
edir.
Layihənin 2026-cı ilin sonunadək
istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi,
kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin
aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv
işlər həyata keçirilir.
Layihələndirməyə əsasən, Laçın
kanat yolunun ümumi uzunluğu 1720 metr, hündürlüyü isə 300 metr olacaq. Kanat
yolu ilə hərəkət müddəti təxminən 6 dəqiqə təşkil edəcək. Yeni sistemdə 17
kabinə fəaliyyət göstərəcək və saatda 800 sərnişinin daşınması mümkün olacaq.
Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir