Maarifləndirici reydlər keçirilib
24 Iyul, 2025
Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dair daşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayət etmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin bu sahədə maarifləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) birgə reyd keçiriblər.
Reyd zamanı daşıyıcıların mülkiyyət, icarə və istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili, bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartlarının mövcudluğu yoxlanılıb.
Buraxılış kartı olmayan 2, sərnişin daşımalarında istifadə olunan formulyarın doldurulmaması ilə bağlı 5 sürücü barədə inzibati xəta haqqında protokol tərtib edilib. Maarifləndirici reydlər davam etdirilir.
Ümumilikdə 40-a yaxın sürücü formulyarların düzgün doldurulması və daşımaların qanunvericiliyə uyğun aparılması barədə məlumatlandırılıb.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir