Masallıda 40-a yaxın sürücü üçün təlimlər təşkil edilib
05 Avqust, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Masallı şəhərində “Beynəlxalq yük daşımalarında iştirak edən sürücülər üçün iş və istirahət rejimi” mövzusunda xüsusi təlimlər təşkil edilib. Təlimlər Nazirlər Kabinetinin 147 nömrəli Qərarı ilə təsdiq edilən “Taxoqrafdan istifadə, ona xidmət və rəqəmsal taxoqraf kartından istifadə üzrə” proqram əsasında həyata keçirilib.
Təlimlərə 40-a yaxın sürücü cəlb olunub. Tədris prosesi sürücülərin təhlükəsiz və qanunvericiliyə uyğun fəaliyyətini təmin etmək məqsədilə nəzəri və praktik hissələri əhatə edib. Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi qaydaları, sürücü kartı və ondan istifadə qaydaları tədris edilib.
Təlimlərdə uğur qazanan iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikat sahibləri beynəlxalq səviyyədə tanınan taxoqraf kartlarını əldə edə biləcəklər.
Təlimlər yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir