Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
03 Iyun, 2026
“Bakı
şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxtın
yol-nəqliyyat şəbəkəsinin optimallaşdırılması və sıxlıqların aradan
qaldırılması məqsədilə strateji əhəmiyyətli layihələrin icrası davam edir.
Məlum
olduğu kimi, sürətli məskunlaşma və tələbat fonunda Mehdiabad, Binəqədi və
ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri
mövcud infrastrukturda ciddi yüklənmələrə səbəb olur. Hazırda bu istiqamətdən
gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt
şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq
məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar
hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində
gündəlik olaraq böyük tıxaclar yaradır.
Həmçinin
sözügedən nəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən
keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi,
Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla
hərəkət etmək məcburiyyətində olurlar.
Mövcud
problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini
şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər
Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8
Noyabr prospekti ilə birləşəcək.
İnşa
ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən
başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində
nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi–“20 Yanvar”–Ziya
Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və
bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla
hərəkət etmiş olacaq. Ümumilikdə, həyata keçirilən bu infrastruktur layihələri
dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ
marşrutlar yaranacaq.
Hazırda
Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna
birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən
nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə
məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə
yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra
birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti
sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi
artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti
sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut
yaradacaq.
Eyni
zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə
tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu
da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar
yaradacaq.
Bu
layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən
göstərək.
Sumqayıt-Xırdalan
istiqamətindən metronun “Nəriman Nərimanov” stansiyasına hərəkət edən
sərnişinlər, “20 Yanvar” dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya
Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.
Masazır
istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək “20 Yanvar”
dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.
Pirşağı-Fatmayı-Mehdiabad
istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi
şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu
səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında
paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq.
Layihə
barədə ətraflı videoçarx təqdim olunur:
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir