Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyi səviyyəsi artırılıb
07 Noyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf
etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yol hərəkət iştirakçılarının
rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra
edilib.
Məhəmməd
Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyi
səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni təhlükəsizlik
adacığı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni piyada keçidləri və
panduslar təşkil olunub.
Adacığın
inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin “Ukrayna dairəsi” istiqamətində
birbaşa hərəkəti təmin edilib. Həmçinin metronun “Qara Qarayev” stansiyası
istiqamətindən gələn nəqliyyat vasitələrinin “Ukrayna dairəsi” istiqamətində
fasiləsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – “Daimi sağa dönmə”
yol nişanı tətbiq edilib.
Eyni
zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən işıqforların
iş rejimi dəyişdirilib, piyadaların rahatlığı üçün yeni piyada bölmələri
quraşdırılıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir