Məktəblilər üçün yol hərəkəti qaydaları və nişanları ilə bağlı təlim keçirilib
19 Sentyabr, 2025
“Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti tədbir təşkil edilib.
Maarifləndirici tədbir 167 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri üçün keçirilib. Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları və yol nişanları ilə bağlı məlumat verilib. Daha sonra uşaqlarla birgə şəhər üzrə informativ avtobus turu təşkil edilib. Məqsəd yol nişanları, işıqforlar, piyada keçidləri ilə praktiki şəkildə tanış olmaqdır.
Qeyd edək ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasının dayanıqlı şəhər hərəkətliliyi mövzusunda maarifləndirmə kampaniyasıdır. AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər və “Avtomobilsiz Gün” keçiriləcək.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir