Mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib
26 Yanvar, 2026
Bakı şəhərində mikromobillik vasitələri üçün
infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində
nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun
qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat
vasitələrindən istifadəyə şərait yaradılmasıdır.
Mikromobillik infrastrukturu qurulmağa başlayandan
bu günə kimi bu nəqliyyat növləri 4 milyon 500 min dəfədən çox sifariş olunub.
Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib.
Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq
ki, şəxsi velosiped və skuterlərindən
istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir.
Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər
üçün isə 564 parklanma məntəqəsi təşkil edilib.
Xatırladaq ki, konseptual plana əsasən görülən işlər
çərçivəsində şəhər ərazisində 50 km mikromobillik şəbəkəsi təşkil edilib. Paytaxtın
küçə və prospektlərdə salınan mikromobillik zolaqları bir-biri ilə əlaqələndirilir.
Məqsəd kəsintisiz və davamlı zolağın təşkilidir.
Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə
artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik,
nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın
artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər
üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi
davam etdiriləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir