Mikromobillik vasitələri istifadəçiləri üçün maarifləndirici tədbir keçirilib
14 May, 2025

BMT-nin 8-ci
Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə maarifləndirici
tədbirlər təşkil edir.
İlk
belə tədbir üçün məkan Hüseyn Cavid prospekti, metronun “Elmlər Akademiyası”
stansiyasının yaxınlığı seçilib. Bu ərazi tələbələrin və mikromobillik vasitələri
istifadəçilərinin sıx hərəkət etdiyi əsas məkanlardan biridir.
Tədbir çərçivəsində yol hərəkəti təhlükəsizliyi və mikromobilik vasitələrindən
istifadə qaydaları haqqında maarifləndirici broşürlər paylanıb. Bildirilib ki,
hər il dünyada 1,3 milyon insan yol qəzasında həyatını itirir. Bu qəzaların
böyük qismi piyada və velosipedçilərin iştirakı ilə baş verir.
Piyadalara
və mikromobillik vasitələri istifadəçilərinə ərazidə yeni salınmış
mikromobillik zolağı və onun əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki,
müasir şəhər mühitinin daha çox insanyönümlü olması mikromobillik vasitələrindən
istifadənin təşviqini zəruri edir. AYNA tərəfindən beynəlxalq təcrübə nəzərə
alınaraq mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən
biri kimi müəyyən edilib.
Məlumat
verilib ki, mikromobilliklə bağlı təhlillər aparılır, əsas cəlbetmə məntəqələri,
insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir. Həmin
ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur.
Hazırda paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən
edilib. Tələbat artdıqca parklanma məntəqələrinin sayı artırılır.
Bu
il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu
müddətdə 1 milyon 895 min km-ə yaxın məsafə qət edilib.
İştirakçıların
diqqətinə çatdırılıb ki, ətrafdakı digər küçələrdə də mikromobillik
zolaqlarının çəkilməsi və metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı
şəbəkənin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi planlaşdırılır.
AYNA şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsini daha da
genişləndirməyi hədəfləyib. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı
velosiped və skuterləri yol hərəkəti iştirakçıları üçün əsas nəqliyyat vasitəsinə
çevirməkdir.
Tədbir
çərivəsində “Apar” velosiped kirayəsi xidmətinin nümayəndələri tərəfindən
iştirakçılar üçün şəhər şəraitində təhlükəsiz velosiped sürmə və zolaqlardan
düzgün istifadə qaydaları barədə təlim təşkil edilib.
Maarifləndirici
tədbirin məqsədi yol istifadəçiləri arasında təhlükəsiz və məsuliyyətli
davranış mədəniyyətinin formalaşdırılmasıdır.
Digər xəbərlər
14 May, 2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatı
12 May, 2025
Bərdədə taksi sürücüləri üçün təlimlər təşkil edilib
08 May, 2025
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
08 May, 2025
399 küçə və prospektdə 4 mindən çox nişan quraşdırılıb
08 May, 2025
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artır