Mingəçevir – Xocalı – Xankəndi – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
07 Fevral, 2025
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən 8 fevral tarixindən Mingəçevirdən Şuşa şəhərinə
müntəzəm avtobus reysi istifadəyə veriləcək. Məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində
işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat
xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Reyslər Mingəçevir
Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da
həyata keçiriləcək.
Mingəçevir – Şuşa – Mingəçevir
reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,50 manat təşkil edir. Bu reys
üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir
– Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,50 manat, Mingəçevir – Xankəndi
aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.
Biletləri “biletim.az” portalı
üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir