Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı bərpa edilir
16 Oktyabr, 2024
Paytaxtın Mirzəağa Əliyev küçəsində aparılan yenidənqurma işlərindən sonra asfalt örtüyü yenilənib. Bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən küçədə mikromobillik zolağı yenidən təşkil olunur. Zolağın uzunluğu 1 km olacaq.
Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilir. Küçədə səkilərin inşası ilə bağlı da aiddiyəti üzrə müraciət edilib.
Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.
Qeyd edək ki, bu zolaq İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində təşkil edilmiş mikromobillik zolaqlarını Bülbül prospekti, Süleyman Ələsgərov küçəsi, Azadllıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki zolaqlarla əlaqələndirir.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir