Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
24 Sentyabr, 2026
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma
xidmətlərinin göstərilməsi məqsədilə metronun “20 Yanvar” stansiyasının
yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların
başlanğıc məntəqəsində dayanacaq pavilyonu quraşdırılıb.
Pavilyonların quraşdırılması Moskva prospektində,
“20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolda cib tipli
dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil
edilməklə 4 pavilyon quraşdırılır.
Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə “20
Yanvar” metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq
mövcud 2 dayanacaq pavilyonunun yanında daha 1 pavilyonun quraşdırılmasına
başlanılıb.
Bununla da vətəndaşların rahatlığı üçün Moskva
prospektində 6 yeni müasir dayanacaq təşkil edilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir