Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkət yenidən təşkil edilir
16 Fevral, 2026
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı” çərçivəsində Moskva prospektinin "Şamaxinka" adlanan yol
sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.
Sürücülərin diqqət etməli olduğu məqamları nəzərə
çatdırırıq.
Belə ki, icra olunan layihəyə əsasən, dəyişiklikdən
öncəki hərəkət trayektoriyaları nəzərə alınaraq Asif Məhərrəmov küçəsindən gələn
nəqliyyat vasitələri sola – 20 Yanvar küçəsi istiqamətində dönərkən əvvəlki
qaydada deyil, həmin küçənin paralel hissəsi ilə Moskva prospektinə çıxa biləcəklər.
Əlavə olaraq 4-cü mikrorayondan Moskva prospekti
istiqamətində gələn nəqliyyat vasitələrinin də öncəki trayektoriya ilə deyil,
yeni qayda ilə hərəkəti təmin olunacaq.
Eyni qaydada, Asif Məhərrəmov küçəsinin əks istiqaməti
ilə hərəkət edən nəqliyyat vasitələri xüsusi təhlükəsizlik adacığı ilə ayrılmış
zolaq vasitəsilə 20 Yanvar küçəsinin paralel hissəsinə yönləndiriləcək və bu kəsişmədə
həm 4-cü mikrorayon istiqamətində, həm də düzünə hərəkətlərini davam etdirə biləcəklər.
Bundan başqa, Moskva prospektinin 20 Yanvar küçəsi
ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə
yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.
Diyişikliklər
barədə videonu təqdim edirik:
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir