Müntəzəm avtobus marşrutlarında dayanıqlı və keyfiyyətli xidmət təşviq edilir
05 Avqust, 2026
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250
nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata
keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin
göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq
edilib.
Qayda Bakı, Sumqayıt, Naxçıvan və Xankəndi şəhərlərində,
həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında sıxılmış təbii qaz (CNG) və
elektrik mühərrikli avtobuslarla, Gəncə şəhərində isə 1 yanvar 2025-ci il
tarixindən sonra istehsal olunmuş dizel mühərrikli avtobuslarla həyata keçirilən
müntəzəm sərnişin daşınmalarında subsidiyanın ödənilməsinə şərait yaradacaq.
Qeyd edək ki, qaydanın gediş haqqı tariflərinin tənzimlənməsi
(o cümlədən artırılması) ilə bağlı əlaqəsi yoxdur. Yeni qaydaya müvafiq olaraq
yuxarıda qeyd edilən tələblərə cavab verən daşıyıcılara dövlət tərəfindən sərnişin
sayından asılı olmayaraq, qət edilmiş məsafəyə görə subsidiya ödəniləcək.
Yeni qaydanın tətbiqi nəticəsində ictimai nəqliyyatda islahatlar daha da sürətlənəcək və ictimai nəqliyyatı idarəetmə sistemində köklü dəyişiklik baş verəcək. O cümlədən:
-
daşıyıcıların
maliyyə dayanıqlığı artacaq;
-
rentabelli
olmayan avtobus marşrutlarında dayanıqlı sərnişindaşıma fəaliyyəti göstəriləcək.
(Məsələn, hazırda bir sıra yaşayış məntəqlərində sərnişin sayı az olduğundan
daşıyıcılar həmin ərazilərdə xidmət göstərməkdə maraqlı deyillər. Yeni qaydalar
isə bu xətləri daşıyıcılar üçün cəlbedici edəcək və əlçatanlıq artacaq);
-
rentabelli
olmayan marşrutlarda daha müasir və ekoloji təmiz avtobusların istismarı üçün şərait
yaradılacaq;
-
sərnişin
sayından asılı olmayaraq daşıyıcılar müəyyən edilmiş qrafik üzrə keyfiyyətli
xidmət göstərməkdə maraqlı olacaqlar. Yeni qaydaların daşımlara verdiyi ən
böyük töhfə isə “çox məsafə qət et, çox qazan” prinsipidir. Buna görə də
daşıyıcılar keyfiyyətli xidmət göstərilməsində maraqlı olacaqlar.
Digər xəbərlər
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
27 Avqust, 2026
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
26 Avqust, 2026
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib