Müvəqqəti xüsusi hərəkət zolaqları mayın 23-dən qüvvədən düşür
22 May, 2026
Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
Mayın 23-dən sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları
yığışdırılacaq. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab
olunacaq və sürücülər bu zolaqlara daxil ola biləcəklər.
Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarına
əsasən, Mehdi Abbasov küçəsində təşkil edilən xüsusi hərəkət zolağı qüvvədə
saxlanılacaq. Bununla da bu ərazidən keçən ictimai nəqliyyatın maneəsiz və
fasiləsiz hərəkəti təmin ediləcək.
Sürücülərdən diqqətli olmaq və yol nişanları olan
zolaqlarda qanunun tələbinə riayət etmək xahiş olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir