Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
21 Yanvar, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı,
Sumqayıt–Ağdam, Gəncə–Şamaxı, Gəncə–Masallı, Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab,
Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir, Şəki–Oğuz, İmişli–Gəncə, Bərdə–Gəncə,
Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə,
İsmayıllı–Göyçay, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası,
həmçinin Bakıətrafı ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata əlçatanlığının,
eləcə də yaşayış məntəqələrinin sosial və ictimai obyektlərlə əlaqəliliyinin təmin
edilməsi məqsədilə magistral xətlərlə əlaqələndirilən 122, 192, 196, 448, 510 və
512 nömrəli yeni şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
19 fevral 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
(Mob 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı,
Sumqayıt–Ağdam, Gəncə–Şamaxı və Gəncə–Masallı istiqamətlərində 6 lot üzrə fevtalın
24-də;
Mingəçevir–Tərtər,
Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir və Şəki–Oğuz
istiqamətlərində 6 lot üzrə fevralın 27-də;
İmişli–Gəncə,
Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə və İsmayıllı–Göyçay
istiqamətlərində 6 lot üzrə martın 3-də;
Gəncə–Gədəbəy,
Gədəbəy–Gəncə və Gəncə-Qazax istiqamətlərində 6 lot üzrə martın 6-da;
Gəncə-Qazax
və Qazax-Gəncə istiqamətlərində 6 lot üzrə martın 10-da;
122
nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” y/m)), 192 nömrəli
(Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi – Sahil qəsəbəsi), 448
nömrəli (Mərdəkan qəsəbəsi – Şüvəlan qəsəbəsi (“Mayak bağları”) və 512 nömrəli
(Aşağı Güzdək qəsəbəsi – Müşfiqabad qəsəbəsi (Seyid Əzim Şirvani, Kərpic zavodu))
şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda martın 13-də baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
16 Mart, 2026
Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə yekunlaşır
16 Mart, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
13 Mart, 2026
83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
12 Mart, 2026
Mikromobillik vasitələrindən istifadə edənlərin sayı 2 dəfədən çox artıb
10 Mart, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb