Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Fevral, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində 533 və 536 nömrəli şəhərətrafı, eləcə
də Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran, Sumqayıt–Horadiz, Sumqayıt–Ağsu,
Gəncə–Yevlax, Yevlax–Gəncə, Qazax–Mingəçevir, Qazax–Tərtər, Mingəçevir–Ağdam, Mingəçevir–Qəbələ,
Mingəçevir–Ağcabədi, Şəki–Bərdə, Qəbələ–Şəki, Qəbələ–Mingəçevir, Oğuz–Bərdə, Gəncə–Zaqatala,
Bərdə–İmişli və İmişli–Sumqayıt şəhərlərarası, həmçinin Yenikənd (Siyəzən) –
Siyəzən avtostansiyası, Qarasuçu kəndi (Goranboy) – Gəncə (avtovağzal), Səmədabad
kəndi (Goranboy) – Gəncə (avtovağzal), Xuluf kəndi (Şəmkir) – Gəncə
(avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
12 mart 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
(Mob 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran
və Sumqayıt–Horadiz istiqamətlərində 6 lot üzrə aprelin 1-də;
Sumqayıt–Ağsu,
Gəncə–Yevlax, Yevlax–Gəncə və Qazax–Mingəçevir istiqamətlərində 6 lot üzrə aprelin
3-də;
Qazax–Tərtər,
Mingəçevir–Ağdam (Dəmiryol və avtovağzal kompleksi), Mingəçevir–Qəbələ, Mingəçevir–Ağcabədi
və Şəki–Bərdə istiqamətlərində 6 lot üzrə aprelin 6-da;
Qəbələ–Şəki,
Qəbələ–Mingəçevir, Oğuz–Bərdə, Gəncə–Zaqatala, Bərdə–İmişli və İmişli–Sumqayıt istiqamətlərində
6 lot üzrə aprelin 8-də;
Yenikənd
(Siyəzən) – Siyəzən avtostansiyası, Qarasuçu kəndi (Goranboy) – Gəncə
(avtovağzal), Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Xuluf kəndi (Şəmkir)
– Gəncə (avtovağzal) istiqamətlərində, eləcə də 533 nömrəli (Şəfəq qəsəbəsi –
Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 536 nömrəli (Sumqayıt şəhəri –
Mehdiabad qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda aprelin 10-da
baxılacaq.
Qeyd
edək ki, Sumqayıt–Ağsu marşrut xəttinin hərəkət sxemi M2 Bakı–Ələt–Qazax–Gürcüstan
Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə, Qazax–Mingəçevir və Qazax–Tərtər
marşrut xətlərinin hərəkət sxemi isə Gəncə şəhərinə daxil olmadan M2 Bakı–Ələt–Qazax–Gürcüstan
Respublikası dövlət sərhədi avtomobil yolu ilə müəyyən edilib.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
16 Mart, 2026
Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə yekunlaşır
16 Mart, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
13 Mart, 2026
83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
12 Mart, 2026
Mikromobillik vasitələrindən istifadə edənlərin sayı 2 dəfədən çox artıb
10 Mart, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb