Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
03 Mart, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 102, 122,
137, 192, 195, 196, 448, 510, 512 nömrəli şəhərətrafı, eləcə də Bakı– Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı,
Bakı–Qəbələ, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə,
Gəncə-Gədəbəy, Gədəbəy- Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir, Mingəçevir-Göyçay,
Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala, Tərtər-Horadiz, Lənkəran-Qazax,
Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı, Yardımlı-Sumqayıt,
Bakı-Yardımlı, Sumqayıt-Yardımlı, Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın,
Balakən-Zaqatala, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, həmçinin Yalama qəsəbəsi
- Qusar avtovağzalı, Xanoba kəndi - Xudat avtostansiyası, Qədili (Samux) - Gəncə
(dəmiryol vağzalı), Dozular (Göygöl) - Gəncə (avtovağzal), Düzqışlaq (“Şəmkir”
stansiyası) - Gəncə (avtovağzal), Alıuşağı (Samux) - Gəncə (dəmiryol vağzalı) və
Zəyəm Cırdaxan (Şəmkir) - Gəncə (avtovağzal) istiqamətlərində avtobus
marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 31 mart 2026-cı il saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən
Bakı–Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama,
Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə və Gəncə-Gədəbəy istiqamətlərində
11 lot üzrə aprelin 14-də;
Gədəbəy-Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir,
Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala
və Tərtər-Horadiz istiqamətlərində 11 lot üzrə aprelin 17-də;
Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt,
Yardımlı-Bakı, Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı,
Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın və Balakən-Zaqatala istiqamətlərində 13
lot üzrə aprelin 21-də;
Yalama qəsəbəsi - Qusar avtovağzalı, Xanoba kəndi -
Xudat avtostansiyası istiqamətlərində, eləcə də 102 nömrəli (metronun "20
Yanvar" stansiyası (M.Həsənov küçəsi) - Xocəsən qəsəbəsi (Moskva Dövlət
Universiteti)), 137 nömrəli (Elçin Həsənli
küçəsi (Masazır kəndi) - Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 195 nömrəli (Ələt
qəsəbəsi – “Abşeron” ticarət mərkəzi),
512 nömrəli (Aşağı Güzdək qəsəbəsi - Müşfiqabad qəsəbəsi), 122 nömrəli
(Maştağa qəsəbəsi - Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” yaşayış massivi), 192 nömrəli
(Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi - Sahil qəsəbəsi) şəhərətrafı
avtobus marşrutları üzrə 9 lotda aprelin 24-də;
448 nömrəli (Mərdəkan qəsəbəsi - Şüvəlan qəsəbəsi
(Mayak bağları), 510 nömrəli (Çaylı kəndi - Müşfiqabad qəsəbəsi) şəhərətrafı, Qax-Şəki
və Qax-Zaqatala şəhərlərarası, Qədili (Samux) - Gəncə (dəmiryol vağzalı), Dozular
(Göygöl) - Gəncə (avtovağzal), Düzqışlaq (“Şəmkir” stansiyası) - Gəncə (avtovağzal),
Alıuşağı (Samux) - Gəncə (dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) - Gəncə (avtovağzal)
avtobus marşrutları üzrə 9 lotda aprelin 28-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan əldə
edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir
31 May, 2026
79 nömrəli marşrutun bütün avtobuslar yenilənir