141

Əsas Xəbərlər

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

16 Aprel, 2026

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 107, 107A və 117 nömrəli şəhərətrafı, 332 və 335 nömrəli qəsəbədaxili, eləcə də Bakı–Kürdəmir, Bakı–Göyçay, Bakı–Ağcabədi, Mingəçevir–Gəncə, Mingəçevir–Tərtər, Sumqayıt–Cəbrayıl, Cəbrayıl–Sumqayıt, Şəki–Mingəçevir, Şəki–Oğuz, Qəbələ–Gəncə, Bərdə–Şəki, İmişli–Sumqayıt, İsmayıllı–Gəncə və Yevlax–Lənkəran şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.


Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.


Sənədlər 15 may 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.


Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.


İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Kürdəmir, Bakı–Göyçay, Bakı–Ağcabədi, Mingəçevir–Gəncə, Mingəçevir–Tərtər, Sumqayıt–Cəbrayıl və Cəbrayıl–Sumqayıt istiqamətlərində 7 lot üzrə iyunun 2-də;

Şəki–Mingəçevir, Şəki–Oğuz, Qəbələ–Gəncə, Bərdə–Şəki, İmişli–Sumqayıt, İsmayıllı–Gəncə və Yevlax–Lənkəran istiqamətlərində 7 lot üzrə iyunun 5-də;

107 nömrəli (Buzovna qəsəbəsi – “Koroğlu” NMM), 107A nömrəli (Maştağa qəsəbəsi – “Koroğlu” NMM), 117 nömrəli (Biləcəri qəsəbəsi – “Sədərək” ticarət mərkəzi), 332 nömrəli (Qala qəsəbəsi – Milli Aviasiya Akademiyası) və 335 nömrəli (Binə qəsəbəsi (Sovxoz yaşayış massivi – Elmaz Hacıyev küçəsi)) avtobus marşrutları üzrə 5 lotda iyunun 9-da baxılacaq.


Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.


Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Xəbəri sosial platformalarda paylaş: