Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
08 May, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində 214 və 214A nömrəli şəhərətrafı,
Bakı–Siyəzən, Bakı–Ağcabədi, Bakı–Qəbələ, Bakı–Mingəçevir, Bakı–Ağdaş, Bakı–İsmayıllı,
Bakı–İmişli, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Gəncə–Yevlax, Yevlax–Gəncə, Bərdə–Kəlbəcər,
Gəncə–Balakən, Gəncə–Zaqatala, Mingəçevir–Zərdab, Qəbələ–Şəki, Oğuz–Mingəçevir,
Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, Beyləqan–Sumqayıt, Zaqatala–Gəncə, Yardımlı–Bakı,
Yardımlı–Sumqayıt, Bakı–Yardımlı, Sumqayıt–Yardımlı, Yardımlı–Şirvan, Göyçay–Gəncə, Gəncə–Goranboy və Goranboy–Gəncə şəhərlərarası,
eləcə də Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə
(Dəmiryol vağzalı), Qarasuçu kəndi (Goranboy) – Gəncə (avtovağzal), Əhmədabad kəndi
(Goranboy) – Gəncə (avtovağzal), Qarabağlar (Samux) – Gəncə (Dəmiryol vağzalı)
və Qurbanzadə kəndi (Goranboy) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus
marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 6
iyun 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
(mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək
ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən Bakı–Siyəzən, Bakı–Ağcabədi, Bakı– Qəbələ,
Bakı–Mingəçevir, Bakı–Ağdaş, Bakı–İsmayıllı, Bakı–İmişli, Gəncə–Gədəbəy və Gədəbəy–Gəncə
istiqamətlərində 11 lot üzrə iyunun 16-da;
Gədəbəy–Gəncə,
Gəncə–Yevlax, Yevlax–Gəncə, Bərdə–Kəlbəcər, Gəncə–Balakən, Gəncə–Zaqatala, Mingəçevir–Zərdab,
Qəbələ–Şəki və Oğuz–Mingəçevir istiqamətlərində 11 lot üzrə iyunun 19-da;
Lənkəran–Sumqayıt,
Beyləqan–Gəncə, Beyləqan–Sumqayıt, Zaqatala–Gəncə, Yardımlı–Bakı, Yardımlı–Sumqayıt,
Bakı–Yardımlı, Sumqayıt–Yardımlı, Yardımlı–Şirvan və Göyçay–Gəncə istiqamətlərində
10 lot üzrə iyunun 23-də;
Gəncə–Goranboy
və Goranboy–Gəncə şəhərlərarası, Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı),
Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qarasuçu kəndi (Goranboy) – Gəncə
(avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Qarabağlar
(Samux) – Gəncə (Dəmiryol vağzalı) və Qurbanzadə kəndi (Goranboy) - Gəncə (avtovağzal)
istiqamətlərində, eləcə də paytaxtın 214
nömrəli (C.Naxçıvanski küçəsi – Ramana qəsəbəsi) və 214A nömrəli (Ramana qəsəbəsi
– "Koroğlu" NMM) avtobus marşrutları üzrə 10 lotda iyunun 30-da
baxılacaq.
Lotlar üzrə
marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir