Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
10 Sentyabr, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın
567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir,
Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax,
Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran,
Ağdaş-Gəncə, Zərdab-Gəncə şəhərlərarası, Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı),
Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə
(avtovağzal), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı
(Samux) – Gəncə (Dəmiryol vağzalı), İkinci Nügədi (Quba) – Heydər Əliyev
prospekti (mərkəzi bazar), Kuzun kəndi – Qusar (avtovağzal), Düztahir kəndi – Qusar
(avtovağzal) və Əniğoba kəndi – Qusar (avtovağzal) istiqamətlərində avtobus
marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 9 oktyabr 2026-cı il saat 17:00-dək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov
küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt:
anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq
Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar və Bakı-Quba istiqamətlərində
6 lot üzrə oktyabrın 16-da;
Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax
və Yevlax-Gəncə istiqamətlərində 6 lot üzrə oktyabrın 20-də;
Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə,
Zaqatala-Gəncə, Salyan-Lənkəran, Ağdaş-Gəncə və Zərdab-Gəncə istiqamətlərində 7
lot üzrə oktyabrın 23-də;
paytaxtın 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq
Avtovağzal Kompleksi) şəhərətrafı marşrutu,
Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə
(Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Düzqışlaq (“Şəmkir”
stansiyası) – Gəncə (avtovağzal) istiqamətləri üzrə 5 lotda oktyabrın 27-də;
Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı), İkinci
Nügədi (Quba) – Heydər Əliyev prospekti (mərkəzi bazar), Kuzun kəndi – Qusar (avtovağzal),
Düztahir kəndi – Qusar (avtovağzal) və Əniğoba kəndi – Qusar (avtovağzal) istiqamətləri
üzrə isə 5 lotda oktyabrın 30-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan əldə
edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
07 Sentyabr, 2026
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
04 Sentyabr, 2026
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
04 Sentyabr, 2026
32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
04 Sentyabr, 2026
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
04 Sentyabr, 2026
Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik olunur