Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
24 Sentyabr, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın
22, 31, 67, 92 nömrəli şəhərdaxil, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhəri
üzrə 5 nömrəli şəhərdaxili, Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən,
Bakı-Sabirabad, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın,
Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə,
Bərdə-İsmayıllı və Tərtər-Bərdə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə
çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 23 oktyabr 2026-cı il saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə,
Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay və
Bakı-İmişli istiqamətlərində 9 lot üzrə oktyabrın 30-da;
Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər,
Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı
və Tərtər-Bərdə istiqamətlərində 9 lot üzrə noyabrın 3-də;
Paytaxtın 22 nömrəli (Sabunçu qəsəbəsi (Əliyar
Əliyev küçəsi) – Rövlan Məmmədov küçəsi ("NZS" yaşayış massivi), 31
nömrəli (Badamdar qəsəbəsi (3-cü massiv)
– Nizami bağı (Əhməd Cavad küçəsi) şəhərdaxili, 191 nömrəli (Bahar qəsəbəsi –
Qara Qarayev prospekti) şəhərətrafı marşrutları üzrə 3 lotda noyabrın 6-da;
67 nömrəli (Biləcəri qəsəbəsi (dəmiryol stansiyası)
– Nərimanov rayonu (Çernyayevski küçəsi)), 92 nömrəli (Binəqədi qəsəbəsi (10 May
küçəsi) – metronun "Memar Əcəmi" stansiyası (Seyid Cəfər Pişəvəri küçəsi)
şəhərdaxili marşrutları üzrə 2 lotda noyabrın 13-də;
172 nömrəli (Bilgəh qəsəbəsi – “Koroğlu” NMM) şəhərətrafı,
Mingəçevir şəhərində 5 nömrəli (Heydər Əliyev prospekti – Müslüm Maqomayev
prospekti – Aydın Məmmədov küçəsi) şəhərdaxili marşrutları üzrə 2 lotda noyabrın
17-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir