Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
13 Noyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Gəncə, Tərtər–Kəlbəcər, Bakı–Göyçay,
Bakı–İsmayıllı, Bakı–Kürdəmir, Bakı–Qəbələ, Mingəçevir–İsmayıllı, Göyçay–Gəncə,
Şəki–Gəncə, Yevlax–Zaqatala, Saatlı– Masallı, Gəncə–Qazax, Qazax–Gəncə, Qax–Şəki
və Şabran–Siyəzən şəhərlərarası, Kuzunqışlaq kəndi – Qusar avtovağzalı və Əniq
kəndi – Qusar avtovağzalı rayondaxili, Qarasuçu kəndi (Goranboy) – Gəncə
avtovağzalı, Səmədabad kəndi (Goranboy) – Gəncə avtovağzalı, Xuluf kəndi (Şəmkir)
– Gəncə avtovağzalı, Bağçakürd kəndi
(Goranboy) – Gəncə avtovağzalı və Füzuli kəndi (Samux) – Gəncə Dəmiryol vağzalı
istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə
paytaxtın 7A, 7B, 88A, 125, 130, 140A, 149, 163, 205, 211, 508, 509, 511, 553, 554,
569, M8 və E1 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
12 dekabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
(Mob: 050-444-10-75, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Tərtər–Kəlbəcər, Bakı–Göyçay,
Bakı–İsmayıllı, Bakı–Kürdəmir, Bakı–Qəbələ, Mingəçevir–İsmayıllı, Göyçay–Gəncə,
Şəki–Gəncə istiqamətlərində 9 lot üzrə dekabrın 23-də;
Yevlax–Zaqatala,
Saatlı–Masallı, Gəncə–Qazax, Qazax–Gəncə istiqamətlərində 10 lot üzrə dekabrın
26-da;
paytaxtın
509 (Sumqayıt avtovağzalı – Lökbatan qəsəbəsi), 511 (Aşağı Güzdək qəsəbəsi –
Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 553 (Güzdək qəsəbəsi – Bakı Beynəlxalq
Avtovağzal Kompleksi), 554 (Güzdək qəsəbəsi – Lökbatan qəsəbəsi), 569 (Masazır
qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 7A (Bakı Beynəlxalq
Avtovağzal Kompleksi – Gəncə prospekti), 7B ("Koroğlu" NMM – Yasamal
yaşayış kompleksi (MİDA)), 88A ( “Azadlıq prospekti” m/st – Bakı Ağ Şəhər), 125 ("28 May" m/st – Lökbatan qəsəbəsi)
nömrəli avtobus marşrutları üzrə 9 lotda yanvarın 5-də;
paytaxtın
130 ("20 Yanvar" m/st – Lökbatan qəsəbəsi), 140A (Lökbatan qəsəbəsi –
Xırdalan d/st), 149 ("Sahil" m/st – Sahil qəsəbəsi), 163
("Koroğlu" NMM – Ramana Yeni yaşayış kompleksi), 205 ("Nəsimi"
m/st – “Abşeron” ticarət mərkəzi), 211 (11 nömrəli məktəb – “Abşeron” ticarət mərkəzi),
M8 ("Gənclik" m/st – Maştağa qəsəbəsi), 508 nömrəli şəhərətrafı (“20
Yanvar” m/st – Saray qəsəbəsi) və E1 nömrəli ekspres (“Xalqlar dostluğu” m/st –
“Abşeron” ticarət mərkəzi) nömrəli avtobus marşrutları üzrə 9 lotda yanvarın 7-də;
Kuzunqışlaq
kəndi – Qusar avtovağzalı, Əniq kəndi – Qusar avtovağzalı, Qarasuçu kəndi
(Goranboy) – Gəncə avtovağzalı, Səmədabad kəndi (Goranboy) – Gəncə avtovağzalı,
Xuluf kəndi (Şəmkir) – Gəncə avtovağzalı, Bağçakürd kəndi (Goranboy) – Gəncə
avtovağzalı, Füzuli kəndi (Samux) – Gəncə Dəmiryol vağzalı, Qax–Şəki və Şabran–Siyəzən
istiqamətlərində 9 lot üzrə yanvarın 9-da baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb