Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
21 Noyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq
Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala, Bakı–Cəlilabad,
Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın, Bakı–İmişli, Bakı–Ağdaş, Bakı–Horadiz,
Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay, Bərdə–Şəki, Gəncə–Qazax,
Qazax–Gəncə şəhərlərarası, Uzuntala kəndi – Zaqatala, Urva kəndi – Qusar
avtovağzalı istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə
uyğunlaşdırılması məqsədilə paytaxtın 57, 76, 78, 139, 189 və 500 nömrəli
avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 20 dekabr 2025-ci saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Sınıq
Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala və Bakı–Cəlilabad
istiqamətlərində 6 lot üzrə dekabrın 22-də;
Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Cəlilabad, Bakı–Xankəndi–Laçın
və Bakı–İmişli istiqamətlərində 6 lot üzrə dekabrın 24-də;
Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın,
Mingəçevir–Göyçay və Bərdə–Şəki istiqamətlərində 6 lot üzrə dekabrın 30-da;
Gəncə–Qazax və Qazax–Gəncə istiqamətlərində 4 lot
üzrə yanvarın 13-də;
paytaxtın 57 nömrəli (Bakıxanov qəsəbəsi – C.Hacıəliyev
küçəsi) və 76 nömrəli (Bakıxanov qəsəbəsi d/st. – "Neftçilər" m/st.)
şəhərdaxili avtobus marşrutları üzrə 2 lotda yanvarın 13-də;
78 nömrəli (Bakıxanov qəsəbəsi, d/st. – Azər
Manafov küçəsi), 139 nömrəli ("Koroğlu" NMM – Savalan yaşayış
massivi), 189 nömrəli ("Koroğlu" NMM – Nardaran qəsəbəsi) şəhərətrafı
və 500 nömrəli (Sumqayıt şəhəri - Bakı şəhəri) şəhərlərarası avtobus
marşrutları üzrə, eləcə də Uzuntala kəndi – Zaqatala və Urva kəndi – Qusar
avtovağzalı istiqamətlərində 6 lot üzrə yanvarın 16-da baxılacaq.
Qeyd edək ki, Sumqayı–Xankəndi–Laçın müntəzəm şəhərlərarası
marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər
olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan əldə
edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb