Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
19 Dekabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı
tədbirlər çərçivəsində Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi),
Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid
məntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl,
Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə,
İmişli-Sumqayıt, Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz,
Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası,
Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi Bazar), Burunqovaq
(Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı)
istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə
142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə
çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 17 yanvar 2026-cı il,
saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri,
Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75,
e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas
avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə
komissiya tərəfindən Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi),
Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı– Mingəçevir, Bakı-Şəki, Sumqayıt-
Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay istiqamətlərində 8 lot
üzrə yanvarın 23-də;
Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl,
Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə,
İmişli-Sumqayıt istiqamətlərində 7 lot üzrə yanvarın 27-də;
Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı,
Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir
istiqamətlərində 7 lot üzrə yanvarın 30-da;
Gəncə-Qazax və Qazax-Gəncə
istiqamətlərində 8 lot üzrə fevralın 3-də;
Aşağı Atuc kəndi (Quba) - Heydər
Əliyev prospekti (Mərkəzi bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol
vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində və 142
nömrəli (metronun "20 Yanvar" stansiyası - Masazır kəndi) şəhərətrafı,
551 nömrəli (Bakı BAK - Atyalı yaşayış massivi) şəhərətrafı, 555 nömrəli (Sumqayıt şəhər avtovağzalı -
Müşfiqabad qəsəbəsi) şəhərətrafı və 592 nömrəli (Gorədil qəsəbəsi - Xırdalan şəhəri)
şəhərətrafı avtobus marşrutları üzrə 7 lot üzrə fevralın 6-da baxılacaq.
Lotlar üzrə marşrutların
qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası)
və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun
olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir
31 May, 2026
119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir