“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Qanun layihəsi hazırlanıb.
08 Iyul, 2020
Azərbaycan Respublikasının ərazisində iqtisadiyyatın və əhalinin nəqliyyat-ekspedisiya xidmətlərinə olan tələbatlarının təmin edilməsi, nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi, bu sahədə dövlət orqanları, nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Qanun layihəsi hazırlanaraq, İqtisadiyyat Nazirliyinin mütəxəssiləri ilə birlikdə müzakirə olunub. Daşıyıcıların iştirakı ilə təcrübələr əsasında təkmilləşdirilən yekun layihə müvafiq dövlət prosedurlarından keçirilməsi üçün aidiyyəti üzrə təqdim edilib.
Sözügedən Qanun layihəsi qəbul olunduqdan sonra yükgöndərən, yükalan, ekspeditor və daşıyıcı, bir sözlə nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlər qanunla tənzimlənəcəkdir.
Sözügedən Qanun layihəsi qəbul olunduqdan sonra yükgöndərən, yükalan, ekspeditor və daşıyıcı, bir sözlə nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlər qanunla tənzimlənəcəkdir.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir