Naxçıvan şəhərində İcazə blanklarının verilməsi yeni ünvanda
22 May, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
Naxçıvan şəhərində sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi yeni
ünvanda təşkil edilir.
Mayın 23-dən Naxçıvan şəhəri, Atatürk küçəsi 1
ünvanında yerləşən Mərkəzi Poçt şöbəsində daşıyıcılara avtomobil nəqliyyatı ilə
beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün xarici ölkələrin İcazə
blanklarının verilməsi xidməti göstəriləcək.
Yeni ünvanda xidmətlərin təqdim edilməsi
sahibkarlıq subyektlərinə bu xidmətlərə asan və rahat çıxışı təmin edir.
Qeyd edək ki, sahibkarlara göstərilən xidmətlərin şəffaflığının
təmin edilməsi məqsədilə AYNA tərəfindən əvvəlki dövrlərdə Bakı, Gəncə, Xaçmaz
və Yevlax KOB evlərində, həmçinin “Azərpoçt” MMC-nin Lənkəran rayon filialında icazə
blanklarının verilməsi xidməti təşkil olunub.
Uçotun təşkili, eləcə də bu sahədə nəzarətin
elektron qaydada təmin edilməsi məqsədilə daşıyıcılara İcazə blanklarını permits.ayna.gov.az
sistemi üzərindən sifariş etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir