Naxçıvanda 150-ə yaxın sürücü üçün təlimlər təşkil edilib
29 Aprel, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
Naxçıvanda beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan sürücülərə
taxoqraflardan istifadəyə dair təlimlər keçirilir. Təlimlərə beynəlxalq yük
daşımaları fəaliyyəti ilə məşğul olan 150-ə yaxın sürücü cəlb olunub.
Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi
və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və
texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi normaları, sürücü
kartı və ondan istifadə qaydaları barədə məlumat verilir.
Praktiki məşğələlər zamanı sürücülər real taxoqraf
cihazları üzərində işləmək imkanı əldə edir, qarşılaşa biləcəkləri hallarla
bağlı təcrübə qazanırlar. Təlimin sonunda iştirakçılara sertifikat təqdim
olunur.
Təlimlər yükdaşıma fəaliyyətinin beynəlxalq
standartlara uyğunlaşdırılması, sürücülərin peşəkar bilik və bacarıqlarının
artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir