Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub
12 Avqust, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
Naxçıvan şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə
genişmiqyaslı işlər həyata keçirilib.
Naxçıvan şəhərində aparılan təhlil və araşdırmalar
nəticəsində marşrut şəbəkəsi üzrə optimallaşdırma işləri aparılaraq, əlçatanlıq
artırılmaqla 9 marşrut xəttinin fəaliyyət göstərməsinə qərar verilib.
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması
məqsədilə istismara ekoloji təmiz (elektrikli), pandus və kondisionerlə təchiz
olunmuş 72 avtobus cəlb edilib. Nəqliyyat vasitələrindən 60 ədədi “BYD”, 12 ədədi
isə “King Long” markalı elektrikli avtobuslardır. Avtobuslardan 63-ü əsas xəttə
buraxılıb, 9-u isə ehtiyatda saxlanılıb.
Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf ərazilər
üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi
90%-dən 95%-ə yüksəlib. Avtobusların orta yaşı isə 18-dən 0-a enib. Bu
avtobuslarla il ərzində təxminən 4,5 milyon sərnişinə xidmət göstəriləcəyi gözlənilir.
Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda
qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir.
Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda "CityCard"
nağdsız ödəniş sistemi istifadə edilir. Sərnişinlər gediş haqqını
"CityCard" kartı, istənilən bank kartı, eləcə də "Google
Pay" və "Apple Pay" mobil ödəniş xidmətləri vasitəsilə ödəyə bilərlər.
Bununla yanaşı, “"BakıKart" mobil tətbiqini
"App Store" və "Google Play" platformalarından yükləməklə
"CityCard" kartlarının balansını onlayn artırmaq, həmçinin QR kod
vasitəsilə ödəniş etmək mümkündür.
Eyni zamanda, AYNA-nın Monitorinq mərkəzi vasitəsilə
avtobusların hərəkəti real vaxt rejimində izlənilir. Bu da sərnişinlərin təhlükəsiz
və fasiləsiz daşınmasına nəzarəti təmin edir.
Naxçıvan şəhərində həyata keçirilən bu dəyişikliklər
ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin məmnuniyyətinin
artırılmasına yönəlib.
Digər xəbərlər
12 Noyabr, 2026
173A və 173B nömrəli marşrut üzrə avtobuslar yenilənir
11 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Noyabr, 2026
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb