Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir
06 Mart, 2026
Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında
uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana
və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə
aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks
istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
Belə ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı
və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni
zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib,
450 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Belə ki, martın 5-də Naxçıvandan
İğdıra 4 reyslə 162, İğdırdan Naxçıvana isə 3 reyslə 98 nəfərin daşınması həyata
keçirilib. Martın 6-da isə Naxçıvandan İğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses
davam etdirilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir