NFC ödənişlərinin tətbiqi genişlənir
25 Dekabr, 2025
Dekabrın
25-dən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında
NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google
Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.
Yeni
sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş
imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının
sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim
edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının
sayının artırılması planlaşdırlır.
Yeni
sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart”ın
daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC
funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür.
Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat
tamamlanır.
Sərnişinlər
avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin
smartfon və fiziki kartdan istifadə etməlidirlər.
Layihənin
pilot mərhələsi dekabrın 20-də ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq
edilib. NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları
üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir