Nişanlanma xətlərində dəyişikliklər edilir
30 Sentyabr, 2024
Heydər Əliyev prospektinin Hava limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişikliklər həyata keçirilir.
Belə ki, uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz olunur. Bu dəyişiklik yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə imkan verməklə, təhlükəsizlik səviyyəsinin artmasına da kömək olacaq. Çünki daha əvvəl sürücülər yalnız icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol nəqliyyat hadisələrinin baş vermə riskini artırmış olurdu.
Qeyd edək ki, artıq Sabunçu yol qovşağı istiqamətində dəyişikliyin icrası yekunlaşıb. Görülən işlər çərçivəsində, həmçinin, yolboyu üfüqi nişanlanma xətləri yenilənib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir