Novruz bayramı ərəfəsində Vətən müharibəsi iştirakçıları ziyarət olunub.
17 Mart, 2021
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Həmkarlar İttifaqı və "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC - nin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycan Silahlı Qüvvələrinin Leytenantı Nicat Atayevin atası keçmiş polis Mayoru və 1-ci Qarabağ müharibəsinin qazisi Habil Atayevi ziyarət ediblər. Habil Atayev hazırda "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-də mütəxəssis olaraq çalışır.
Nicat Atayev 2020-ci il sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir