Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
22 Sentyabr, 2026
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal”
və “Xocəsən” metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən
bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən
edilib.
Bu dayanacaqlardan Bakı–Sumqayıt yolundan paytaxt
istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək.
Belə ki, metronun “Avtovağzal” stansiyasının (“Piramida”
tərəf) qarşısında müntəzəm marşrutlar
üçün dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılıb və sərnişinlərin
rahatlığı üçün dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.
Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500,
503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142,
525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən
156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159
nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A
nömrəli marşrut avtobusları burada aralıq
dayanacağı olaraq saxlayacaq.
Avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat va
maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı təşkil edilib.
Eyni zamanda Lökbatan qəsəbəsindən gələn 130 nömrəli
və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq
dayanacaq məntəqəsi metronun “Xocəsən” stansiyası təyin edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir