Ölkənin nəqliyyat sektorunda qadınların rolu artır
22 Oktyabr, 2025
Son illər taksi
xidməti sahəsində həm texnoloji yeniliklər, həm də nizamlı fəaliyyət nəticəsində
əhəmiyyətli keyfiyyət artımı müşahidə olunur. Diqqətçəkən tendensiyalardan biri
də qadınların bu peşəyə marağının artmasıdır.
Qadın taksi
sürücülərinin sayının son illər artması cəmiyyətdəki stereotipləri qırır və
yeni iş imkanları yaradır.
Bugünədək taksi
sürücüsü olmaq istəyən 169 qadın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə
müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib.
Hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir.
Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri
isə 50 yaşdan yuxarı xanımlardır. Taksi
fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71
yaşı var.
Əlavə olaraq
qeyd edək ki, yaxın zamanda ilk qadın avtobus sürücüləri sükanın arxasına keçəcəklər.
İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə təşkil
olunan təlimlərdə xanımlar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki
hazırlıqları tamamlayıblar.
Qadınların nəqliyyat
sektorunda fəallığının artması və onların bu sahədə dəstəklənməsi həm iqtisadi,
həm də sosial baxımdan cəmiyyətimizə töhfə verir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir