Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir
14 May, 2026
Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün nəqliyyat təminatı
çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət
zolaqları təşkil edilib. Həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə
olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının
quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti
zolaqlar qüvvəyə minir.
Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti -
Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl
Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.
Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus
zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər
nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.
Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və
yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcək.
Digər xəbərlər
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
27 Avqust, 2026
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
26 Avqust, 2026
Daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub