Paytaxtda yeni parklanma yerləri təşkil edilib
27 Yanvar, 2026
Bakı şəhərinin
küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin
rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin
təşkili davam etdirilir.
Abbasqulu
ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyid Yəhya Bakuvi və Arif
Heydərov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin
istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman
fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait
yaradılır.
Yaxın günlərdə Süleyman
Sani Axundov, Səməd Vurğun, Əsəd Əhmədov, Akim Abbasov, Nəsirəddin Tusi və General Əliağa Şıxlinski küçələrində parklanma
yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq
yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin
ixtiyarında olacaq.
Parklanmanın
düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin
bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə
etməyə imkan yaradır.
Digər xəbərlər
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
07 Sentyabr, 2026
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb