Paytaxtda yeni parklanma yerləri təşkil edilib
23 Aprel, 2025
Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın
fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər
mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.
Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində
ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib. Küçə
parklanma yerlərinin təşkili hazırda Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində
aparılır. Nişanlanma xətlərinin çəkildiyi ərazidə yol nişanları quraşdırılacaq və
yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarına veriləcək. Parklanma
yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri
üçün müvafiq şərait yaradılır.
Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz
parklanma yerlərinin təşkili davam etdirilir. 4-cü zonaya daxil olan daha bir
neçə məntəqə Səbail və Suraxanı rayonlarında təşkil edilib. Belə ki, Bayıl qəsəbəsində,
Abbasqulu Abbaszadə və Cəlal Qurbanov küçələrində müvafiq infrastruktur qurularaq
avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma
yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən,
ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək
parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün
saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Parklanmanın düzgün idarəedilməsi
küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat
vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan
yaradır.
Digər xəbərlər
11 Fevral, 2026
2 və 3 fevral 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
11 Fevral, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Fevral, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
10 Fevral, 2026
206 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək
06 Fevral, 2026
AYNA-da milli daşıyıcılarla növbəti görüş keçirilib