Paytaxtda yeni parklanma yerləri təşkil edilib
14 Oktyabr, 2025
Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın
fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər
mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.
Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarlər,
1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov,
Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Gülarə Qədirbəyova və Adil Məmmədov küçələrində
ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.
Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin
avtomobilləri üçün müvafiq şərait yaradılır.
Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd
Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi
Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri
istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol
nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin
ixtiyarında olacaq.
Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz
parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar
Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq
infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait
yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam
etdirilir.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən,
ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək
parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün
saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Parklanmanın düzgün idarə edilməsi küçələrin daha
effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi
sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir