Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 54 000-dən çox sərnişin daşınıb
10 Iyun, 2025
Respublika ərazisində fəaliyyət göstərən bütün
avtovağzal və avtostansiyalar bayram və istirahət günlərində əhalinin nəqliyyat
xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun
tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin
daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Gücləndirilmiş iş rejimi ərzində Bakı
Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1034 reys həyata keçirilib, 31636
sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını
qarşılamaq üçün əlavə olaraq 250-ə yaxın reys həyata keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və
avtostansiyalarından müxtəlif istiqamətlərə 1253 reyslə 22446 sərnişin daşınıb.
Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı
vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 40%-i
biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin
tələbatı tam qarşılanıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir