Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 60 minə yaxın sərnişin daşınıb
30 Iyun, 2025
Respublika
ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Silahlı Qüvvələr
Günü və qeyri-iş günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və
davamlı şəkildə təmin edilməsi üçün 26-29 iyun tarixlərində gücləndirilmiş iş
rejimində fəaliyyət göstərib.
Şəhərlərarası
və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə
uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
nəzarət olunub.
Gücləndirilmiş
iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1249 reys
həyata keçirilib, 27510 sərnişin rahat və
təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi
günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə
yaxın reys həyata keçirilib.
Bu
müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə
3144 reyslə 32062 sərnişin daşınıb.
Biletlər
avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada
sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30%-i biletlərini onlayn qaydada
“biletim.az” portalından əldə edib.
Bakıdan
bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir