Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə təqribən 90000 sərnişin daşınıb
05 Yanvar, 2026
Respublika ərazisində fəaliyyət
göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat
xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 29 dekabr–4 yanvar
tarixlərində
gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası və rayonlararası
marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata
keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət
olunub.
Bayram ərəfəsində, bayram və
qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1834 reys həyata
keçirilib, 52410 sərnişin rahat
və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin
tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib.
Bu müddət ərzində regionların
avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 3672 reyslə 37194 sərnişin
daşınıb.
Biletlər avtovağzalın
kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə
təqdim edilib. Ümumilikdə sərnişinlərin 50%-i
biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir.
Bakıdan bölgələrə və əks
istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz
mənzil başına çatdırılması təmin edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir