Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib
27 Oktyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən
müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat
vasitələri cəlb olunub.
2023-cü
ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 380 marşrut reysi üzrə
müsabiqələr keçirilib. Bu dövr ərzində “Neoplan”, “Cityliner”, “King Long”,
“Yutong”, “İsuzu”, “JAC Sunray”, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai
County” markalı 115 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bu isə
Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə
avtobus parkının 35%-ni təşkil edir.
Avtobuslardan
24-ü 2023, 38-i 2024, 53-ü isə 2025-ci ildə istismara buraxılıb.
Eyni
zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların
orta yaşı 18 ildən 12-yə endirilib.
Paytaxtdan
regionlara fəaliyyət göstərən reyslərin 96%-i “biletim.az” portalına qoşulub. Vətəndaşlara
daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn
qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir