Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 40%-i yenilənib
15 Yanvar, 2026
Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən
müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat
vasitələri cəlb olunub.
2023-cü ildə 190,
2024-cü ildə 254, 2025-ci il ərzində isə 495 marşrut reysi üzrə müsabiqələr
keçirilib. Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”,
“JAC Sunray”, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”, “Golden
Dragon” markalı 131 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən
ölkəninin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının
40% yenilənib.
Avtobuslardan 24-ü
2023, 38-i 2024, 69-u isə 2025-ci ildə istismara buraxılıb.
Eyni zamanda,
müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta
yaşı 18 ildən 12-yə endirilib.
Paytaxtdan
regionlara fəaliyyət göstərən reyslərin 96%-i “biletim.az” portalına qoşulub. Vətəndaşlara
daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn
qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir