Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib
09 Iyul, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023–2026-cı illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.
2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, 2026-cı ilin 6 ayında isə 130 marşrut reysi üzrə müsabiqə keçirilib.
Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “Isuzu”, “JAC Sunray”, "JAC Ankai", “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”, “Golden Dragon”, “Zhongtong” markalı 145 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarına şəhərlərarası daşıma üzrə avtobus parkının 42%-i yenilənib.
Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u 2025, 15 ədədi isə 2026-cı ildə istismara buraxılıb.
Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir