Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
28 Dekabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 66 nömrəli şəhərdaxili, 122, 126, 162, 184 və 340 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqə üçün sənədlər 26 yanvar 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 162 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Yeni yaşayış massivi – “Koroğlu” metrostansiyası), 126 nömrəli şəhərətrafı (Şonqar qəsəbəsi – “Sədərək” ticarət mərkəzi), 66 nömrəli şəhərdaxili (Suraxanı qəsəbəsi – “Neftçilər” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın18-də;
340 nömrəli şəhərətrafı (Binə qəsəbəsi – Mərdəkan qəsəbəsi (Şüvəlan yolu)), 122 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi), 184 nömrəli şəhərətrafı (Yeni Suraxanı qəsəbəsi – “Ulduz” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın 21-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
17 Avqust, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
14 Avqust, 2026
Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub
13 Avqust, 2026
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
12 Avqust, 2026
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub
11 Avqust, 2026
Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib