Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
21 Aprel, 2025
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün
xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam
etdirilir. Nəqliyyat axınını tənzimləmək və ictimai nəqliyyatın effektivliyini
artırmaq məqsədilə Puşkin küçəsində də hərəkət
zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə
uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Qeyd edək ki, dəyişiklik zamanı ümumi hərəkət
zolaqlarının sayı saxlanılıb.
Hazırda sözügedən küçə üzrə 10 avtobus marşrutu fəaliyyət
göstərir. Bu dəyişiklik nəticəsində sərnişinlərin yol qət etmə vaxtı əvvəlki ilə
müqayisədə azalıb. Avtobusların sürəti isə pik saatlarda 3 km/saat-dan 10
km/saat-a qədər artıb.
Avtobus zolaqlarının
davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat
dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər
küçə və prospektlərdə də həyata keçiriləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir