Qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib
06 Oktyabr, 2025
Son
günlər paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən
Bakı-Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişin daşımaları müşahidə edilir.
Bu səbəbdən bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Baş Dövlət Yol
Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişin
daşımalarına qarşı reyd keçirilib.
Reyd
zamanı qanunvericiliyin tələblərinə riayət olunmadan sərnişindaşıma fəaliyyəti göstərən
18 nəqliyyat vasitəsi saxlanılıb və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin
322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının
pozulması) maddəsinə uyğun
olaraq inzibati protokol tərtib edilib. Qanunsuz sərnişin daşımalarına qarşı reydlər
davam etdirilir.
Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində
sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi
və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA tərəfindən 7 il müddətinə
verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata
keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar.
Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində
elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyət
göstərmək inzibati məsuliyyət yaradan haldır.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də
qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat
vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini
həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə
olunur.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir