“Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
05 Noyabr, 2025
Noyabrın 5-də Tofiq Bəhramov
adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü
turunda baş tutacaq “Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar stadionun qarşısındakı
Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb. Xüsusi
avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz
hərəkətləri təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar 12 müntəzəm
marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik
Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir