Qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün daşıyıcılar məlumatlandırılıb
16 Aprel, 2025
Paytaxtda və Abşeron yarımadasında müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar məlumatlandırılıb.
Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.
Yağıntılı və küləkli hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz və fasiləsiz xidmət göstərir. Sürücülərə qapalı tunellər və keçidi mümkün olmayan ərazilər barədə məlumat verilib.
Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Qeyd edək ki, bir neçə yolda hava şəraiti ilə əlaqədar məhdudiyyətlər tətbiq olunduğu üçün həmin ərazilərdən keçən bəzi avtobusların hərəkət sxemi dəyişdirilib. Bu haqda tezliklə daha ətraflı məlumat veriləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir