Qobustan rayonunda yol nişanlanma işləri həyata keçirilib
04 Avqust, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Qobustan rayonunda yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır. İşlər şəhərdaxili və kəndlərarası yolları əhatə edir.
Rayonun Heydər Əliyev və Zərifə Əliyeva prospektləri, E.Vəliyev, B.Qəribov, N.Şakirov, Ş.Şikarov, E.Hüseynov, M.Ə.Sabir, T.İsmayılov, M.Balakişiyev, A.Məmmədağa, O.Müstəcəbov, Z.Cavadov və Koroğlu küçələri, eləcə də Diri Baba, Cəmcəmili və Xılmilli yollarında nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.
Ümumilikdə 120 km-ə yaxın ərazidə xətləmə işləri aparılıb.
Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir